"Anadolu" xəbər agentliyinin verdiyi məlumata görə, Misir idman naziri Əbu Zeyd məhkəmə qərarına əməl etmədiyi üçün 1 il müddətinə azadlıqdan məhrum edilib. İdman naziri həmçinin tutduğu postdan da kənarlaşdırılıb.
Əbu Zeyddən "Sayd" idman klubunun 2009-cu ildə keçirilən seçkilərin etibarsız sayılması və rəhbərliyin ləğv edilməsi istiqamətində məhkəmə qərarını tətbiq etmədiyi üçün şikayət olunmuşdu.
.
