Misirdə kilsədə baş verən yanğında azı 41 nəfər ölüb.

Bu barədə “Associated Press”ə istinadən xəbər verir.

"Misir Kopt Kilsəsi səhiyyə orqanlarına istinadən bildirir ki, Qahirədə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb", - agentlik bildirib.

Kilsəyə 5 min insanın toplaşdığı qeyd edilir. Yanğın başlayandan sonra izdiham yaranıb.

Daha əvvəl yerli media Misirin Giza şəhərində kilsədə baş verən yanğında azı 35 nəfərin öldüyünü, 45 nəfərin yaralandığını bildirib.

.