Misirin Buxeyra əyalətində polis əməkdaşlarını aparan avtobusun yaxılığında baş verən partlayış nəticəsində iki polis ölüb, 27 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "əl-Ahram" məlumat yayıb.

Məlumatda bildirilib ki, partlayıcı qurğu yolda quraşdırılıb. Avtobusda polis sıralarına yeni cəlb edilmiş şəxslər olub.

Qeyd edək ki, Buxeyra əyaləti paytaxt Qahirədən 260 km şimalda yerləşir.
.