Misir Prezidenti Əbdülfəttah əs-Sisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya rəsmi səfər edib.
Bu barədə NTV məlumat yayıb.

İki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səyləri müzakirə olunacaq, bundan başqa Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Qeyd edək ki, görüşdə maliyyə, enerji və səhiyyə sahələrində də sazişlərin imzalanacağı gözlənilir.

.