"Əş-Şərqul-Əuvsət” saytının verdiyi məlumata görə, Misir Daxili İşlər Nazirliyinin sözçüsü genral Hani Əbdüllətif ötən gün bu ölkədə baş vermiş terror hadislərində "Müsəlman Qardaşları” və Türkiyəni təqsirli bilib. O, deyib: "Bütün faktlar onu göstərir ki, ölkədə baş verən silahlı qarşıdurmaların başında ixvançılar durur. Bunu onların özləri də etiraf ediblər.” Hani Əbdüllətif həmçinin vurğulayıb: "Baş verən terror hadislərində bəzi ölkələrin, o cümlədən Türkiyənin rolu var. Rəcəb Tayyib Ərdoğan bu kimi hadisələri birbaşa dəstəkləyərək, ölkəsində baş qaldırmış problemləri ört-basdır etmək istəyir.”
.