Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd Cənubi Qafqazda qurulan sülh və indiki şəraitdə açılan imkanları müzakirə ediblər.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onlar beynəlxalq proseslər barədə fikir mübadiləsi apararaq, təşkilatın məqsədlərinin həyata keçirilməsi üçün davamlı səylərin vacibliyini qeyd ediblər.

A.Mirzoyan Ermənistanın beynəlxalq təhlükəsizliyin və sabitliyin gücləndirilməsi naminə Müqavilənin məqsədlərinə sadiqliyini vurğulayıb.

.