Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra vasitəçilik formatına, xüsusilə ATƏT-ə ehtiyac qalmayacaq.

Yenizaman Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sualı şərh edərkən bildirib.

"Sülh sazişi imzalandıqdan sonra institusional baxımdan münaqişənin başa çatdığını hesab etmək və vasitəçilik formatına ehtiyacın olmadığını qeyd etmək mümkün olacaq", - o vurğulayıb.

.