İrəvan ABŞ tərəfdaşları ilə infrastruktur, xüsusilə, dəmiryol layihələri üzrə müzakirələr aparır.

"Report"un erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib. 

Onun sözlərinə görə, ABŞ-dən olan tərəfdaşlar ilə, xüsusilə, "birgə dəmiryol və digər infrastruktur layihələri" üzrə müzakirələr davam edir.

Azərbaycanla delimitasiya və demarkasiya üzrə danışıqlara toxunan A.Mirzoyan vurğulayıb ki, sərhədlərin demarkasiyası prosesində xəbərlər ola bilər.

.