
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər.
Bu barədə Yenizaman Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.
Telefon danışığı zamanı tərəflər Prezident Putinin 2024-cü ilin mayında Özbəkistana səfəri zamanı əldə edilmiş razılaşmaların icrasının gedişini müzakirə ediblər.
Dövlət başçıları ticari-iqtisadi və investisiya əməkdaşlığının möhkəmləndirilməsi, eləcə də regionlarda sənaye kooperasiyası sahəsində layihələrin dəstəklənməsi məsələsinə diqqət yetiriblər.
Özbəkistan və Rusiya liderləri, həmçinin beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparıblar, qarşıdan gələn tədbirlərin qrafikini müzakirə ediblər.
.