34 yaşlı məşhur model Miranda Kerrin keçmiş sevgilisi, malayziyalı maliyyəçi Lyu Teszo maliyyə fırıldıqçılığında günahlandırılır.

Xarici KİV xəbər verir ki, Lyunun 2014-cü ildə Mirandaya hədiyyə etdiyi zərgərlik əşyalarını büdcədən oğurladığı pullarla alıb.

Göründüyü kimi, Lyunun ümidləri də özünü doğrultmadı. Miranda ötən ay Snapchat-ın yaradıcısı, 27 yaşlı milyarder Evan Şpigellə evləndi.

Hazırda Miranda ona hədiyyə edilən 11 karatlıq ürək formalı brilyant üzüyü, 11 karatlıq brilyant sırğaları, 8 karatlıq brilyant kulonu və ümumi dəyəri 100 min dolları ötən digər hədiyyələri işi araşdıran müstəntiqlərə verməli olub.

Qeyd edək ki, maliyyəçi Lyu Teszonun büdcədən 4.5 milyard dollar oğurladığı ehtimal olunur.
.