Müəllimlərin işə qəbulu üzrə qeydiyyatdan keçən namizədlərin sayı açıqlanıb.
Bu barədə təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, 59 mindən bir az artıq namizəd müsabiqədə iştirak etmək üçün müraciət edib.
"Vakansiyaların elan edilməsi prosesi davam edir. Tədris ili bitəndən sonra bu proses tam olaraq yekunlaşacaq. İyulun ortalarına doğru prosesi yekunlaşdırmağı düşünürük" - deyə o qeyd edib.
.