
Beyonsun Missuridə verdiyi konsertində romantik evlilik təklifi edilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Formation" adlı turnesi ilə tamaşaçıların qarşısına çıxan ifaçı "Single Ladies" mahnısını oxuyarkən qəflətən musiqini dayandrıbı.
Con Silver adlı rəqqasının yanına gedən Beyons mikrofonu ona verib və komandasında olan digər rəqqasə Eşli Evereti səhnəyə çağırıb. Silver minlərlə insanın qarşısında sevgilisinə evlilik təklif edib, Everetin "hə" cavabından sonra üzüyü onun barmağına salıb. Beyons səhnədə cütlüyü qucaqlayaq onları təbrik edib.