Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı imzalayıb.

APA-nın məlumatına görə, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.

İlham Əliyev həmçinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında da sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.
Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

.