Kürdəmir rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə fevralın 21-də saat 4:30 radələrində Bakı-Qazax avtomobil yolunun 170-ci kilometrliyində, Kürdəmirin Sığırlı kəndi ərazisində qeydə alınıb.
10 CS 178 dövlət nömrə nişanlı, "VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn 24 BD 936 dövlət nömrə nişanlı, "KamAZ” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində "VAZ 2106”-nın sürücüsü və sərnişini dünyasını dəyişib.
Ölən şəxslərin üzərində hər hansı bir sənəd olmadığı üçün onların kimliyi hələlik məlum deyil.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
.