Mingəçevirdə bir müddət əvvəl istifadəyə verilmin Gənclər Evi ilə bağlı qalmaqallı vəziyyət yaranıb. Bu barədə jam.az-a verilən məlumata görə, sözügedən tikili şəhər İcra Hakimiyyəti tərəfindən yerli məmurlardan birinə satılıb.
Məlumatda deyilir ki, Gənclər Evində çayxana və kiçik kafe açan həmin məmur, bununla pul qazanmağı düşünür. Eyni zamanda, baş verənləri gizlətmək üçün də bəzi addımlar atılır. Yəni, Gənclər Evinin satılması məsələsi ilə əlaqədar yuxarılara hər hansı bir şikayətin olunmaması üçün bir sıra tədbirlər görülüb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
.
