Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 "Mercedes" və "VAZ-21099" markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.
 

.