Mingəçevirdən moderator.az-ın bir oxucusu şəhər əhalisinin narahatçılığına səbəb olan bir yazını poçtumuza göndərib.
İddia edilir ki, Mingəcevir şəhərində çoxsaylı qumarxanlar işləyir və kompüter sistemiylə yaradılmış bu qumarxanlar gecə-gündüz fəaliyət göstərməklə yanaşı şəhər sakinlərinin, xüsusən də övladlarına nəzarəti itirən valideynlərin narahatçılığına səbəb olur:
"Rayonlarda bu hallarla qarşılaşan polis həmən qumarxanları bağlayıb, onu işlədənlərə cinayət işi açıblar, bu barədə "Xəzər xəbər"də dəfələrlə material da gedib. Amma Mingəçevir polisi bu qanunsuzuluğa göz yumur. Bu da şübhələnməyə əsas yaradır ki, əgər bütün bunlar polisin gözü qarşısında baş verirsə, deməli Mingəçevir polis şöbəsinin rəisi Ələsgər Bədəlov bu işbazlardan rüşvət alır deyə işlərinə mane olmur."
.