Ölkə ərazisində çörəyin və unun qiymətinin aşağı salınmasıyla bağlı dövlət rəhbərliyinin tapşırıqları deyəsən Mingəçevirdə icra edilmir.

Rayon sakinlərinin Ölkə.az-a verdiyi məlumata görə, son bir neçə gündə ölkənin bütün bölgələrində çörəyin və unun qiymətində azalma müşahidə olunduğu halda, Mingəçevirdəki "Kür" çörək zavodu qiyməti qaldırıb:

"Mingəçevirin demək olar ki, 80% dükanları çörəyi həmin zavoddan götürür. Əvvəl dükanlar çörəyi 25 qəpiyə götürüb, 30 qəpiyə satırdılar. İndi zavod qiyməti 30 qəpiyə qaldırıb. Dükan sahibləri də deyirlər ki, məcbur olub biz də 35-40 qəpiyə satırıq. Bu da əhalinin narazılığına səbəb olur. Əgər çörəyin qiyməti Mingəçevirdə də aşağı salınmasa, icra başçısı buna görə cavab verəcək".

Mövzunu diqqətdə saxlayacağıq.(Ölkə.az)

.