Son bir ilin içində Mingəçevirdə 1200-dən çox ağac məhv edilib. Yenizaman.az xəbər verir ki, bu barədə məlumatı şəhərdə araşdırma aparmış gənclər sosial şəbəkələrdə yayıblar.
Onlar bildiriblər ki, Mingəçevirdə yaşıllıq sahəsində vəziyyət acınacaqlıdır və şəhərin İcra Hakimiyyəti ümumiyyətlə, bu məsələ ilə maraqlanmır. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də bununla bağlı müraciət edilib. Lakin nazirlik də açıqlanan rəqəmlərə etinasız yanaşıb.
Məlumatı yayan gənclər vurğulayıblar ki, tək çıxış yolları baş verənlərlə bağlı Leyla Əliyevaya müraciət etməkdir.
.