Mingəçevir su anbarında zəlzələ baş verib. Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ noyabrın 25-də saat 14.36-da Mingəçevirdən 35 km şimali-qərbdə, Mingəçevir su anbarında qeydə alınıb.
Maqnitudası 3.00 olan, 16 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.
Məsələ ilə bağlı isə Mingəçevirdən Novoye-Vremya.com-a daxil olan məlumatlarda bildirilir ki, su anbarında baş vermiş zəlzələ nəticəsində anbarın bir neçə beton divar qatlarında çatlar əmələ gəlib. Bu isə Mingəçeviri təhlükə episentirinə çevrib. Hal hazırda Mingəçevirə Bakıdan mütəxəsislərin yola düşdyü bildirilir.
Qeyd edək ki, Mingəçevir su anbarında qəzanın baş vermə ehtimalı son illər tez-tez gündəmə gəlib. Əgər qəza baş verərəsə Mingəçevir şəhəri və ətraf rayonlar su altında qala bilər.
.