
"Mingəçevir Su Anbarında seysmik monitorinq aparmaq üçün cihazlar qurulub”.
Bunu lent.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, həmin cihazlar vasitəsi ilə su anbarındakı seysmikliklə bağlı müntəzəm müşahidələr aparılır. "Müşahidələrimizin nəticəsi ilə bağlı qeyd edim ki, su anbarında seysmik vəziyyət qənaətbəxşdir”. Baş direktorun sözlərinə görə, Azərbaycanın müxtəlif ərazilərində baş verən yeraltı təkanlar Mingəçevir Su Anbarına təsir göstərməyib.
Qeyd edək ki, Q. Yetirmişli bir neçə ay öncə sayta açıqlamasında bildirmişdi ki, həmin hövzənin altında zəlzələ ocağı yerləşir və ərazi seysmogen ərazi sayılır.
.