Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərarı narazılıqlara səbəb olub. "Ukraynskaya pravda"nın verdiyi məlumata görə, 1,5 min insan Kiyevdəki azadlıq meydanına toplaşıb.
Məlumata görə, yerli vaxtla saat 00.15 də (Bakı vaxtı ilə 02.15) mərkəzi meydana ttoplaşanların sayı durmadan artıb. Meydana bir necə avtobus təhlükəsizlik qüvvələrinin əməkdaşlarıda gətirilib.
Etirazçıları dəstəkləmək üçün müxalifət liderləridə meydana gəliblər. Onların arasında "Batkivşina" ("Vətən") partiyasının parlament franksiyasının rəhbəri Arseni Yatsenyuk, "Udar" (Zərbə") partiyasının sədri Vitali Kliçko, "Azadlıq" partiyasının rəhbəri Oleq Tyaqnibok və keçmiş daxili işlər naziri Yuri Lutsenko var.
Prezident admnistariyasına gedən yola giriş-çıxış bağlanılıb.
Parlamentdəki müxalifət partiyaların liderləri ölkə vətəndaşlarını bazar günü - 24 noyabrda Kiyevin mərkəzində etiraz aksiyasına çıxmağa səsləyiblər.
Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina edib və Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlandırılması üçün fəal dialoqa başlayacağını elan edib.
