
Avropa çempionatının seçmə mərhəsinin elit-raundunda biabırçı çıxışla yadda qalan 17 yaşadək futbolçulardan ibarət millimiz baş məşqçisiz qalıb.
Futbol24.az xəbər verir ki, millimizin baş məşqçisi Mirbağır İsayev istefa verib. Çalışdırıcı qrupun son oyununda Serbiya yığmasına 0:4 hesablı məğlubiyyətdən sonra komandadan ayrıldığını bildirib.
Millimiz elit-raund mərhələsində keçirdiyi üç oyunun hamısında böyük hesabla məğlub olaraq qrupda sonuncu yeri tutub. Mirbağır İsayevin yetirmələri xorvatlara və serblərə 0:4, portuqallara isə 0:3 hesabıyla məğlub olub.
.