Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda səfərdə İslandiya ilə qarşılaşıb.

Reykyavikdə baş tutan meydan sahiblərinin üstünlüyü ilə keçib. Oyunda hesab ilk yarının sonlarında açılıb. İkinci hissədə daha 4 qol vuran İslandiya darmadağına sevinib - 5:0.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 9-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.

DÇ-2026
Seçmə mərhələ, I tur
İslandiya – Azərbaycan 5:0

.