Böyük qələbə münasibətilə  Azərbaycan xalqını, onun müzəffər ordusunu və qalib ordumuzun Ali Baş komandanı İlham Əliyev cənablarını təbrik edirik.
Otuz il əvvəl müqəddəs torpaqlarımızı İrtica qüvvələrinin açıq-aşkar havadarlığı nəticəsində qədim Qarabağ torpaqları ermənilər tərəfindən işğal olundu. "İnsan hüquqları", "azadlıq", "suverenlik" anlayışlarını özlərinə bayraq edənlər dinc əhalinin zorlanmasına,  şəhər və kəndlərin talan edilməsinə nəinki qarşı çlxdı, onlara himayəkarlıq nümayiş etdilər.
Bu zülmə və iyrənc təhqirlərə  dözməyə tabe tutulan şərəfli Azərbaycan xalqı otuz ildən sonra təkcə qorxaq və yaramaz erməni quldurlarını deyil, onların güclü və qəddar himayədarlarına qarşı öz əzəmətini göstərərək şərəfli qələbəni ortaya qoydu.
Bu şanlı-şərəfli qələbə münasibətilə Azərbaycan xalqını, onun şanlı-şöhrətli qəhrəman ordusunu və bu şanlı ordunun Ali Baş komandanı İlham Əliyev cənablarını təbrik etməkdən qürur duyuruq. 

Milli Demokrat-İdrak Partiyası sədri Osman Əfəndi

.