
Bakı Şəhəri İcra Hakimiyyəti Milli Şuranın 12 oktyabrda keçirmək istədiyi mitinqə icazə verib. Yenizaman.az-ın xəbərinə görə, bu barədə Milli Şurada təmsil olunan AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilov məlumat verib.
"Milli Şuranın mitinqinə rəsmən icazə verildi. Mitinq 12 oktyabrda Bakıdakı "Məhsul” stadionunda keçiriləcək” deyə o, bildirib.
Metronun "İnşaatçılar” stansiyasının yaxınlığında - Məhsul” stadionunda keçiriləcək aksiyanın tələbi repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi olacaq.
.