Bu gün Milli Şuranın növbəti sesiyasında Rüstəm İbrahimbəyov fəxri sədr seçilib. Bununla yanaşı Cəmil Həsənli Milli Şuranın sədri seçilib. Musavat Partiyasının başqanı İsa Qəmbər isə Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsinə etiraz edib. İsa Qəmbər Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsilə əlaqədar Milli Şuranı tərk edəcəyini deyib. İsa Qəmbərin sözlərinə görə, başqa bir dövlətin vətəndaşının sədr olduğu təşkilatın üzvü olmaq Müsavat Partiyası üçün məqbul deyil: "Əgər əksəriyyət Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə səs verəcəksə, biz Milli Şurada təmsil olunan dostlarla vəziyyəti bir daha ciddi qiymətləndirməli olacağıq”. Lakin bunlara baxmayaraq Rüstəm İbrahimbəyov Milli Şurada səs çoxluğu ilə fəxri sədr seçilib.
.