Milli Şura dekabrın 15-nə Bakı şəhərində mitinq təyin edib. Mitinq qiymət artımına etiraz məqsədi daşıyır və sosial tələblərlə keçiriləcək. Bu barədə Milli Şuranın mitinq komitəsinin üzvü Seymur Həziyev məlumat yayıb. Mitinqə razılıq verilməsi üçün bu gün Bakı şəhər icra hakimiyyətinə müraciət olunacaq. Mitinqin saat 16:00-dan 18:00-a qədər mərkəzi meydanlardan birində keçirilməsi nəzərdə tutulur.
.