Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.

Spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb. 

Beləlikə, parlament yanvarın 1-dən tətilə buraxılır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü işinə başlayır.

.