Müasir dünyanın təşvişinə səbəb olan qlobal problemlər silsiləsində bu gün ön sırada koronavirus pandemiyası dayanır. Bu prosesin ən təhlükəli cəhəti həm də ondadır ki, o, qlobal səciyyə daşıyaraq, bütün bəşəriyyəti təhdid altına almışdır. Dünyanı bürüyən pande¬miya, eyni zamanda, bütün dövlətləri, cəmiyyətləri dalğavari dəyişikliklər və iqtisadiyyatların zəifləməsi, işsizliyin artması, istehlak prosesinin zəifləməsi prosesləri ilə üz-üzə qoydu. Ölkəmizdə isə Azərbaycan Respublikası Pre¬zidentinin operativ tədbirləri, istər tikinti sektorunda, istər sosial sahədə, istərsə də kənd təsərrüfatı, eləcə də işsizlərlə bağlı müavinətlərin artırılması və digər məsələlərlə sürətli, olduq¬ca sistemli qərar və tapşırıqları karantin rejiminin gücləndirilməsi, infeksiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər bütünlükdə əhəmiyyətli və sistem¬li dinamikaya malik oldu. 
Pandemiya ilə mübarizədə əsas amil olan iqtisadiyyatın dayanıqlılığının təmini və müvafiq səmərəli sosial addımların atılması həyati önəm daşıyır. Azərbaycan dövləti bu istiqamətdə çox təsirli tədbirlər görmüşdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Dövlət sektorunda çalışan məcburən işləməyən 900 min insan dövlət tərəfindən əməkhaqqı almışdır. 760 min insana lazımi maliyyə dəstəyi göstərilməsi nəticəsində onların iş yerləri qorunub. Altı yüz min işsiz, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olanlara dövlət qayğısı sayəsində artıq bir neçə ay ərzində 190 manat müavinət verilib. Reallaşan sosial dəstək davam etdirilir və avqust ayında da bu müavinət ayrılır. Bu dövrə diqqət etdikdə aydın görünür ki, sadalananlar görülmüş işlərin yalnız bir hissəsidir.
COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib. Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşların, iş adamlarının prosesdə fəal iştirak etməsinə səsləyən çağırışlar üstünlük təşkil edir. Bütün bunlara baxmayaraq, pandemiyanın nə zaman azalacağı və ya bitəcəyi barədə məlumatların verilməsi hələ də mümkün deyil. Xəstəliyin qarşısının alınmasında hələlik yeganə vasitə olan özünütəcrid prosesi nə qədər sürətlənərsə, onun qarşısının alınması da asanlaşar. Bu işdə sahibkarların, iş adamlarının rolu isə xüsusilə qeyd edilməlidir.
Bütün bunların fonunda onu qeyd etməliyəm ki, bu gün əhalinin sağlamlığı həm iqtisadi dayanıqlığın, həm də sosial rifahın təməli olduğu üçün ən böyük zərbəni dövlət öz üzərinə çəkib və nəticədə əhalinin sağlamlığının təhlükəsizliyi ciddi şəkildə qorunur. Hazırda pandemiya aradan qalxanadək əhalinin sağlamlığının qorunması dövlət siyasətində prioritetdir. Əfsuslar olsun ki, karantin rejiminin nisbətən yumşaldılmasından sonra vətəndaşlarımızın əksəriyyəti ictimai iaşə obyektlərində qoyulan qaydalara riayət etmək istəmirlər. Bununla əlaqədar, xüsusi karantin rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə Azərbaycan İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki qurumların işçiləri tərəfindən xüsusi monitorinq qruplarının iş və xidmət sahələrində, obyektlərdə və istehsal müəssisələrində sanitar-epidemioloji tələblərə uyğunluğu yoxlaması  öz sosial məsuliyyətini aydın dərk edən Azərbaycan sahibkarlarına nəzarət mexanizminin gücləndirilməsi baxımından effektiv yoldur. Düşünürəm ki, bu məsələdə sahibkarlarımız həm yetərincə məsuliyyət hissi, həm də iqtisadiyyata dayaq durmaq əzmi nümayiş etdirərək iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin ciddi şəkildə əməl edilməsinə nəzarəti gücləndirəcəklər. 

.