"Milli Məclisə seçkilərdə iştirak etmək üçün indiyədək seçki dairələrinə 665 nəfər müraciət edib, onlardan 338 nəfərinin namizədliyi partiyalar, 25-i blok, 3 nəfər təşəbbüs qrupu tərəfindən irəli sürüb”.
"Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, namizədliklərini irəli sürən şəxslərdən 508 nəfərinə imza vərəqi verilib.
M.Pənahov qeyd edib ki, seçkiləri izləməklə bağlı 96 nəfər müşahidəçilik üçün müraciət edib, onlardan 86-nın namizədliyi öz təşəbbüsü, 9 nəfəri isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.
.