İcra, qanunverici və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən və ya vəzifə tutan şəxslər eyni zamanda ali təhsil müəssisəsində inzibati vəzifə tuta bilməyəcəklər.

Bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ali təhsil müəssisəsində bir şəxs iki inzibati vəzifə tuta bilməyəcək. Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti icra edilməsi halları istisna ediləcək.

.