Milli Məclisin bu gün başlayan plenar iclasında spikerlə deputat arasında maraqlı polemika baş verib.
Polemika Milli Məclisin sədri Oqtay Əsədovun iclasda büdcənin müzakirəsi ilə bağlı danışacaq şəxslər haqda məlumat verdiyi zaman zamanı yaranıb.
Oqtay Əsədov iclasda əvvəlcə parlamentin Sosial siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, sonra maliyə naziri Samir Şərifov, daha sonra isə iqtisadi inkişaf naziri deyən zaman, cümləsini tamamlamamış, millət vəkili Elmira Axundova yerindən replika ataraq, "Deputatlara da söz verin!” deyib. O. Əsədov isə deputatın bu replikasını sərt şəkildə cavablandırıb: "Gəl otur mənim yerimdə iclası apar”.
.