Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələrin müzakirəsi başlayıb.

Bununla bağlı parlamentin bugünkü plenar iclasının gündəliyinə 8 müvafiq qanun və qərar layihəsi daxil edilib.

Xatırladaq ki, layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon 600 min manat proqnozlaşdırılır.

Gələn il büdcədə neftin bir barelinin qiymətinin 65 dollardan götürülməsi nəzərdə tutulur.

.