Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 681 milyon 734,6 min manat, xərcləri isə 26 milyard 416 milyon 297,5 min manat təşkil edilib.

Büdcə kəsiri 1 milyard 734 milyon 562 912 manat təşkil edib. 2021-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı isə 1 milyard 526 milyon 094 088 manat olub.

Müzakirələrdən sonra layihə səsə qoyularaq ikinci oxunuşda təsdiq edilib.

.