Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.

 Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.

Milli Konservatoriyadan faktı APA-ya təsdiqləyiblər.

Milli Konservatoriyanın prorektoru vəzifəsinə kim təyin edilib?

Eyni zamanda, əldə etdiyimiz xəbərə görə, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

.