
Bu gün AFFA-nın inzibati bınasında İcraiyyə Komitəsinin iclası keçirilib.
"Qafqazinfo” xəbər verir ki, AFFA Robert Prosineçkini milli komandanın baş məşqçi postuna rəsmi olaraq təsdiqləyib.
Beləliklə, bir müddətdir Azərbaycanda olan xoratiyalı baş məşqçi milli komandada Berti Foqtsu əvəzləyib.
Xatırladaq ki, Prosineçki 1969-cu ildə Almaniyada doğulub, ana vətəni Xorvatiyada böyüyüb.
Futbolçu karyerasına Zaqreb "Dinamo”sunda başlayan Prosineçki daha sonra "Srvena Zvezda”nın (Serbiya) şərəfini qoruyub.
Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu İspaniyanın "Real”, "Ovyedo”, "Barselona”, "Sevilya”, Belçikanın "Standard”, İngiltərənin "Portsmut” komandalarının və bir neçə başqa klubun da formasını geyinib.
Yuqoslaviya milli komandasında 15 oyun (4 qol), Xorvatiya yığmasında 49 oyun (10 qol) keçirib.
Gənclər arasında dünya çempionu (1987), gənclər arasında Avropa vitse-çempionu (1990), UEFA Çempionlar kubokunun sahibi (1991), dünya futbol çempionatının bürünc mükafatçısıdır (1998).
Müxtəlif ölkələrin milli çempionatlarında və kubok yarışlarında çoxsaylı mükafatlar qazanıb.
O, Xorvatiya yığmasının məşqçilərindən, "Srvena Zvezda”nın və Türkiyənin "Kayserispor” komandasının baş məşqçisi olub.
.