İtaliya A seriyasında 2020-ci ilin son oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, komandaları XIV turun ikinci günündən sonra qış fasiləsinə yollanıb.

İlin son oyun günündə 8 qarşılaşma keçirilib. Çempionatın lideri “Milan” “Latsio” ilə matçda iki top üstünlüyünü əldən versə də, sonda qələbə qolunu vura bilib. Digər Milan təmsilçisi “İnter” Verona səfərindən qalib ayrılıb.

“Udineze”nin qonağı olan “Benevento” da səfər qələbəsinə sevinib. “Bolonya” öz meydanında “Atalanta” ilə məhsuldar heç-heçəyə nail olub. “Torino” “Napoli” ilə görüşdə qələbəni uzatma dəqiqələrində əldən verib.

“Cenoa” “Speziya”, “Sassuolo” “Sampdoriya” ilə səfər qarşılaşmasında qalib gəlib. “Roma” evdə “Kalyari”ni yenib. 

.