Azərbaycanda uzunmüddətli dövrdə dayanıqlı iqtisadi artıma və rifaha nail olmaq üçün, ilk növbədə, iqtisadi fəaliyyətin bərpası hədəflənir.

Bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əvvəlcə postpandemiya dövründə sahibkarlıq subyektlərinin qısa müddətdə iqtisadi aktivliyini, gəlirlərini və bazarda istehlakı əvvəlki səviyyəyə qayıtması üçün tədbirlər görüləcək.

Nəzərdə tutulmuş planın ikinci hissəsinə toxunan M. Cabbarov, qeyri-neft sektoruna investisiya qoyuluşların canlandırılmasına üçün bu sahədə kiçik və orta sahibkarların maliyyə resurslarına əlçatanlığının yaxşılaşdırılacağını vurğulayıb.

Vergi nəzarət mexanizmlərində İT-nin geniş istifadəsi davam etdiriləcək

Azərbaycanda pospandemiya dövründə həm vergi qanunvericiliyin, inzibatçılığın təkmilləşdirilməsi, eləcədə informasiya texnologiyalarının vergi nəzarət mexanizmlərində daha geniş istifadəsi davam etdiriləcək.

Bunu da “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ötən il Dövlət Vergi Xidməti tərəfindən uğurla həyata keçirilən “ƏDVgerial” mexanizmi cəmiyyət tərəfindən müsbət qiymətləndirilib: “Bu layihə vergi inzibatçısı və ödəyicisi münasibətində şəffaflığın artırılması ilə yanaşı, vətəndaşların və istehlakçıların iqtisadi və biznes subyektlərə olan inamın artırılmasına gətirib çıxarır. Hesab edirik ki, bu, biznes və vətəndaş münasibətlərində keyfiyyətcə yeni mərhələlər açıb. Eyni zamanda, bu, ictimai nəzarətin gücləndirilməsi və genişləndirilməsinə də xidmət edən istiqamətdir”.

.