Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşünə dair məsələlər müzakirə edilib.

“Bu toplantı çərçivəsində təşkil olunacaq Qarabağa həsr olunmuş Biznes Forumunun yüksək səviyyədə təşkili ölkəmiz üçün əhəmiyyətlidir”, - deyə nazir əlavə edib.

.