İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinə keçmiş namizədlər üçün təlim keçəcək.

Vebinar formatda təşkil ediləcək təlim 11 sentyabr saat 11:00-da “İdarəçi rəhbər və təcrübə” mövzusunda keçiriləcək. 

Vebinar “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyevin moderatorluğu ilə baş tutacaq.

Təlimdə iştirak etmək üçün əvvəlcədən qeydiyyat vacibdir.

Qeydiyyat üçün link:

https://bit.ly/2R5uBgo 

.