Son illərdə Azərbaycan iqtisadiyyatın və əmək bazarının sürətli şəffaflaşdırılması müşahidə edilir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 470 minədək, o cümlədən qeyri-neft özəl sektorda 446 minədək artıb ki, bu da, əmək bazarının əhəmiyyətli leqallaşdırılmasına dəlalət edir: "Aktiv vergi ödəyicilərinin sayı isə 2019-cu ilin yanvarın 1-dən 2024-cü ilin noyabrın 1-dək 1,8 dəfə artaraq 795 min təşkil edir".
M. Cabbarov bildirib ki, 10 ayda ölkə iqtisadiyyatı 4,9 % artıb ki, bu da, qlobal iqtisadi artımla bağlı gözləntilərdən 1,7 faiz bəndi yüksəkdir.
.