“Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir”.

Bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.

Nazir vurğulayıb ki, 2019-cu il yanvarın 1-dən əmək müqavilələri ilə bağlı da islahatlar aparılıb:

“2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyuna bu rəqəm 751 min 705 təşkil edir. Bu, o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb”.

“Azərbaycanda əmlak və kapital amnistisyası hələ ki, İşçi Qrup səviyyəsində müzakirə edilir”.

Bunu da İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bu məsələ ilə bağlı beynəlxalq təcrübə öyrənilir. Sahibkarların və bank sektorunun buna böyük marağı var. Proses başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”, - nazir qeyd edib. 

.