 
                            Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” hesabında qeyd edib.
O bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, qeyri-neft ixracının göstəricilərı müsbətdir:
“İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin 4 ayında qeyri-neft ixracı 26,5 %, apreldə isə 62,5% artıb”.
 
                        
                        
 
                     
                    