Azərbaycan və Qətər arasında investisiyaların təşviqi müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və investisiyaların təşviqi barədə fikirlərimizi bölüşdük”, - deyə nazir qeyd edib.

.