“Əmlak və kapital amnistiyası İşçi qrup səviyyəsində müzakirə edilir”.

Bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, buna sahibkarlar və bank sektoru tərəfindən maraq göstərilir:

“Beynəlxalq təcrübə nəzərdən keçirilir. Proses başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, 130 min sahibkara 155 milyon manat dəstək göstərilib.

Daxili və xarici kapital mənbələri hesabına fond yaradıla bilər

“Ölkədə bir neçə mühüm layihə həyata keçirilir. Bakı-Ələt limanındakı infrastruktur Orta Asiyadan yeni növ yüklərin daşınmasına şərait yaradır”.

Bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İnanırıq ki, limanın tranzit potensialı daha da genişləndiriləcək. İqtisadi sahədə daha fəal özəlləşdirmə siyasətinin cəlb edilməsi mümkün olacaq”.

M.Cabbarovun sözlərinə görə, hazırda daxili və xarici kapital mənbələri hesabına fondun yaradılması istiqamətində danışıqlar aparılır.

Nazir əlavə edib ki, sənaye parklarında 150-200 milyon dollar arası yeni nəsil sərmayələrin təqdimatı üçün işlər həyata keçirilir.

Mikayıl Cabbarov: “Qeyri-neft sektoru üzrə daxilolmalarda 15 faizdən çox artım müşahidə olunub”

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində tətbiq edilən risklərin qiymətləndirilməsi sistemi ilə bağlı yoxlamaların sayını azaltmışıq”.

Bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, yanvar-aprel dövriyyələrində dörd faizlik artım müşahidə olunub:

“2020-ci ilin yanvar-may aylarını ötən illə müqayisə etsək, cəmi daxilolmalarda 12 faizdən çox artım olub. Qeyri-neft sektoru üzrə daxilolmalarda 15 faizdən çox artım müşahidə edilib”.

Nazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər”

“İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün yeni platforma təqdim edilib”.

Bunu  mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu, Elektron Kredit Platformasıdır (e-edf.gov.az).

Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər. 

Nazir qeyd edib ki, yeni platformada pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir:

“Sahibkarlar üç milyon manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə güzəşt 12 ay müəyyən olunub. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq”.

Nazir: "Sabahdan sahibkarlıq subyektlərində monitorinqlər daha gücləndirilmiş rejimdə keçiriləcək"

Azərbaycanda sabahdan etibarən sahibkarlıq subyektlərində sanitar-epidemioloji monitorinqlər daha gücləndirilmiş rejimdə həyata keçiriləcək.

Bunu mətbuat üçün təşkil olunmuş brifinqdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əgər ölkədə yoluxma sürəti səhiyyə sisteminin imkanları üçün hər hansı bir çağırış və vətəndaşların sağlamlığı üçün hər hansı risk yaradarsa, o zaman bu tədbirlərin uzadılması və genişləndirilməsi qaçılmaz olacaq.

.