Mikayıl Cabbarov İsrailin Xarici İşlər naziri Qabi Aşkenazi ilə onlayn görüş keçirib.

Bunu nazir özü bildirib. O qeyd edib ki, ikitərəfli görüşdə bir çox sahələrdə müzakirələr aparılıb:

"Nazir Qabi Aşkenazi ilə Azərbaycan və İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına həmsədrlik etməkdən məmnun oldum. İkitərəfli iqtisadi və ticarət əlaqələrimizin inkişafı, turizm, enerji, kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr apardıq. Ticarət və turizm nümayəndəliklərinin fəaliyyəti də bu məqsədə xidmət edəcək".

.