İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Holdinqi ilə “Dubai Logistics World” şirkəti arasında imzalanan memorandumun əhəmiyyətindən yazıb. 

Bu barədə nazir özünün sosial şəbəkə hesabında məlumat verib.

“Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ölkəmizin “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə qoşulması, Azərbaycanın beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması sahəsində əməkdaşlığı nəzərdə tutur”, - deyə o bildirib.

Mikayıl Cabbarov həmçinin “DP World” şirkətinin sədri və baş icraçı direktoru Sultan Ahmed Bin Sulayemlə baş tutan görüşdən də yazıb. Görüşdə sənaye zonaları və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın genişləndirilməsi və əlaqələrimizin inkişafı üçün potensial sahələri nəzərdən keçirilib.

.