İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Mərkəzi Televiziyasına müsahibə verib.

Bu barədə nazir “X” sosial şəbəkə platformasında paylaşım edib.

“CIFTIS sərgisi çərçivəsində “Invest in Azerbaijan” stendimizi ziyarət edən Çin Mərkəzi Televiziyasına müsahibədə Azərbaycan-Çin iqtisadi tərəfdaşlığı üzrə gündəlikdə duran məsələlər, əməkdaşlığın intensivləşdirilməsi və işgüzar dialoqun inkişafı barədə suallar cavablandırıldı”, - deyə nazir qeyd edib.

 

.