Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə, energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi aparılıb.

"Azərbaycan Avropa İttifaqı ilə uğurlu iqtisadi ticarət tərəfdaşlığı həyata keçirir", - nazir əlavə edib.
 

.